...

Lisenziya softunun dəyərinin endirilməsi Azərbaycanda piratçılığın səviyyəsini azaldacaq – Müəllif Hüquqları Agentliyi

Telekommunikasiya Materials 11 İyul 2009 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir H. Vəliyev/

Azərbaycanın Müəllif Hüquqları Agentliyi Microsoft Azerbaijan-la lisenziyalı proqram məhsullarının qiymətinin azaldılması məsələsini müzakirə edib. Bu barədə Trend -a Agentliyin rəhbəri Kamran İmanov məlumat verib.

İmanovun sözlərinə görə, ölkədə qiymətlərin enməsi piratçılığın səviyyəsinin azalmasına müsbət təsir edəcək. Buna görə də, Agentlik Microsoftun Azərbaycandakı nümayəndəliyi ilə əlaqəyə böyük əhəmiyyət verir. İmanov Agentliyin hələ 2006-ci ildə birgə tədbirlər planı hazırladığını deyib.  

2009-cu ilin əvvəlində Microsoft Azerbaijan-la Agentlik arasında iş əlaqələri yenidən bərpa olunub və dəfələrlə keçirilən görüşlərdə müxtəlif məsələlər, o cümlədən yaranmış vəziyyətdən çıxış yolları və piratçılığın səviyyəsinin azaldılması müzakirə olunub. Hazırda müntəzəm işin həyata keçirilməsi üçün ilin sonuna qədər nəzərdə tutulan birgə tədbirlər planı hazırlanıb. Əməkdaşlıq çərçivəsində kompüter piratçılığı ilə mübarizənin gücləndirilməsi və PT-dən qanuni istifadə ilə əlaqədar seminarlar keçirilib. Tədbirlər planına müvafiq olaraq, Agentlik Microsoft Azerbaijan-la əməkdaşlığı davam etdirmək niyyətindədir. Əməkdaşlıq səlahiyyətli orqanların nümayəndələri, kompüter məhsullarını topdan və pərakəndə yayanlar (distribüterlər) üçün piratçılıqla mübarizə üzrə seminarlar keçirilməsini nəzərdə tutur. 

Dövlət orqanlarının nümayəndələri üçün "Soft sahəsində piratçılıq və onunla mübarizə tədbirləri" mövzusunda treninqlər təşkil olunacaq. Həmçinin, əqli mülkiyyət hüquqlarının təminatı, qanunvericilik aktlarının tədqiq edilməsi, bazarlarda monitorinq, maarif hüququ üzrə işin gücləndirilməsi, Agentlik yanında Online lisenziyalaşdırma mərkəzi və əqli mülkiyyət mərkəzinin texniki təminatının yaxşılaşdırılması işi həyata keçiriləcək.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti