...

Azərbaycan Rabitə Nazirliyində birinci yarımilin yerkunları üzrə iclas keçiriləcək

Telekommunikasiya Materials 14 İyul 2009 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir Q.Vəliyev / 

Ayın sonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollogiyanın geniş iclası keçiriləcək, bu barədə çərşənbə axşamı Trend -a RİTN-dən bildirilib.  

Nazir Əli Abbasovun sədrliyi altında keçiriləcək iclasda nazirliyin müvafiq strukturları tərəfindən stasionar, poçt və genişzolaqlı rabitə, teleradioyayım, həmçinin bir sıra böyük layihələr, xüsusilə "Elektron hökumət"in qurulması, elektron rəqəmsal imzanın tətbiqi sahəsində aparılan işlər haqında yekun məruzə təqdim olunacaq. 

İştirakçılar 2009-cu ilin birinci yarımili ərzində idarənin işinin yekunlarını nəzərdən keçirəcək və ikinci yarımil üçün işlərin istiqamətlərini müəyyən edəcəklər. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti