...

"Azercell Telekom" MMC gecə konturlarının istifadə vaxtını məhdudlaşdırıb

Telekommunikasiya Materials 15 İyul 2009 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir Q.Vəliyev / 

Profilaktik işlərlə əlaqədar olaraq "Azercell Telekom" MMC tərəfindən həyata keçirilən gecə konturlarının istifadəsi üçün iyulun 14-dən 25-nə kimi olan vaxt saat 2:00-dan 8:00-a kimi təyin edilir, bu barədə şirkətin məlumatında deyilir.

Gecə konturları Azercell şəbəkəsi daxilində zənglərə istifadə edilə bilər. Kampaniyanın bitməsindən sonra balansda qalan konturlar sıfıra bərabər olur. Əgər kontur kartının müddəti başa çatdıqdan sonra nömrənin balansında gecə konturları qalıbsa, 1 manat məbləğində danışıq kartı yükləyərək onlardan istifadə etmək olar.

"Azercell Telecom" Azərbaycanın ən böyük GSM opreatorudur və 3,5 milyon abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti