...

"Aztelekom" İB Kürdəmir və Salyan TQ-də NGN şəbəkəsinin yaradılması üzrə tender elan edib

Telekommunikasiya Materials 16 İyul 2009 17:17 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Kürdəmir və Salyan rayonlarının mərkəzi TQ-lərində (Telekommunikasiya Qovşağı) NGN şəbəkəsinin yaradıkması üzrə açıq tender elan edib.

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir H.Vəliyev /

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Kürdəmir və Salyan rayonlarının mərkəzi TQ-lərində (Telekommunikasiya Qovşağı) NGN şəbəkəsinin yaradıkması üzrə açıq tender elan edib.

Namizədlərin tender sənədləşməsi (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 18-20 avqustadək göstərilən TQ-də  qəbul edilir. Tender təklifi, bank zəmanəti və iş qrafiki paketi 25-27 avqustadək təqdim olunacaq. Tenderdə iştirakın dəyəri 1600 manatdır.

Üstünlük verilən meyarlar: texniki şərtlərə tam əməl etmək, müasir təchizat təklifi, aşağı qiymətlərlə işin həyata keçirilməsi, təklif edilmiş təchizata müvafiq sertifikatın olması, eyni zamanda xidmət göstərilən zənglərin ən böyük sayı, bir nömrəyə ən az enerji sərfi, işin qısa zamanda başa çatdırılması, idarəetmənin etibarlılığı, zəmanət verilməsi. 

Tender sənədlərinin açılması Kürdəmir TQ-də avqustun 26-da, Salyan TQ-də isə avqustun 28-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti