...

"Azercell" gecə danışıqlarını daha da rahatlaşdırıb

Telekommunikasiya Materials 16 İyul 2009 19:30 (UTC +04:00)
Məlum olduğu kimi, "Azercell Telekom" MMC 2009-cu il iyunun 1-dən başlayaraq öz abunəçilərinə, yüklənən SimSim danışıq kartlarının əsas balansı həcmində "gecə konturları" hədiyyə edir. SimSim abunəçiləri "Azercell"-in bu yeniliyinə böyük maraqla yanaşdılar və gecə saatlarında bu xidmətdən yararlanan abunəçiləri sayı bir neçə dəfə artıb
"Azercell" gecə danışıqlarını daha da rahatlaşdırıb

Azərbaycan, Bakı, 16 iyul / Trend /

Məlum olduğu kimi, "Azercell Telekom" MMC 2009-cu il iyunun 1-dən başlayaraq öz abunəçilərinə yüklənən SimSim danışıq kartlarının əsas balansı həcmində "gecə konturları" hədiyyə edir. SimSim abunəçiləri "Azercell"-in bu yeniliyinə böyük maraqla yanaşdılar və gecə saatlarında bu xidmətdən yararlanan abunəçiləri sayı bir neçə dəfə artıb.

İyulun 26-dan etibarən "Azercell" gecə konturlarının isitifadə müddətini dəyişərək onu 02:00 - 08:00 arasında müəyyən edəcək.

Gələn həftələrdə "Azercell" öz abunəçilərinə balansdakı konturların istifadəsi ilə bağlı yeni kampaniya və sürprizlər təqdim etməyi planlaşdırır.

"Azercell Telekom" MMC ümid edir ki, gələcək kampaniyalar da SimSim abunəçiləri tərəfindən böyük maraqla qarşılanacaq.

Xəbər lenti

Xəbər lenti