...

Mobil rabitə operatoru "Azerfon" "Azercell"-ə yaranmış problemin həlli üçün danışıqlar aparır

Telekommunikasiya Materials 22 İyul 2009 19:43 (UTC +04:00)
"Azercell" mobil operatorunun "Azerfon"-la bağlı bu cür addım atması ilk dəfə deyil. Bu barədə çərşənbə günü jurnalistlərlə söhbətində "Azerfon" tərfəindən yaranmış borca görə "Azercell"-in şəbəkələrarası əlaqə kanallarını kəsmək barədə bəyanatını şəh edərkən "Azerfon" şirkətinin direktoru Gido Helbix deyib.

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir H.Vəliyev /

"Azercell" mobil operatorunun "Azerfon"-la bağlı bu cür addım atması ilk dəfə deyil. Bu barədə çərşənbə günü jurnalistlərlə söhbətində "Azerfon" tərfəindən yaranmış borca görə "Azercell"-in şəbəkələrarası əlaqə kanallarını kəsmək barədə bəyanatını şəh edərkən "Azerfon" şirkətinin direktoru Gido Helbix deyib.

Helbix "Azercell"-in bu addımını "Azerfon"-a qarşı dünyanın heç bir yerində qəbul edilməyən "qara PR" kimi qiymətləndirib. Onun sözlərinə görə, hazırda bu məsələnin həll edilməsi üzrə hər iki şirkət arasında danışıqlar aparılır.

Şirkətdən həmçinin qeyd olunub ki, hazırda 18/1165 nömrəli şəbəkələrarası qoşulma barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasında nəzərdən keçirilmiş, normativ-hüquqi qaydalara uyğun tərtib edilmiş və Ədliyyə Nazirliyində 3438 nömrəsi ilə qeydiyyata alınmış sənəd var.

"Azercell Telecom"-un bəyanatına əsasən, iyulun 22-dən (Bakı vaxtilə 00:00-dan) Azərbaycanın iki mobil rabitə opreatoru - "Azercell Telekom" MMC və "Azerfon" MMC (Nar Mobile) arasında birləşdirici kanallar bağlanacaq. Kanal 28 fevral 2007-ci ildən imzalanmış müqavilə çərçivəsində aylıq ödəmə şərtlərinin müntəzəm pozulması ilə əlaqədar olaraq "Azerfon" tərəfindən 11 milyon manat həcmində borc yığılması səbəbindən bağlanılacaq. Borc 2008-ci ilin iyulundan bu günə qədər yığılıb. "Azercell"-dən qeyd olunur ki, şirkətin daimi müraciətlərinə baxmayaraq, "Azerfon" bu istiqamətdə heç bir addım atmayıb. "Hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqələri yaratmasında ortaya çıxacaq maneələrə görə "Azerfon" məsuliyyət daşıyacaq", - "Azercell"-in məlumatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti