...

İTİ biometrik pasportların tətbiqi üçün istehsalçıların təkliflərini nəzərdən keçirir

Telekommunikasiya Materials 23 İyul 2009 12:50 (UTC +04:00)
"Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) respublikada biometrik pasportların tətbiqi üçün istehsalçıların təkliflərini nəzərdən keçirir", - Trend Capital-a İTİ-nin struktur bölməsinin rəhbəri Yadigar İmamverdiyev deyib.

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir Q.Vəliyev /

"Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) respublikada biometrik pasportların tətbiqi üçün istehsalçıların təkliflərini nəzərdən keçirir", - Trend -a İTİ-nin struktur bölməsinin rəhbəri Yadigar İmamverdiyev deyib.

Onun sözlərinə görə, hazırda İTİ həm istehsalıçılar, həm də Azərbaycanın bu məsələyə tələbatının müvafiq meyarlarını müəyyənləşdirən identifikasiya sənədlərinin təhlükəsizliyinin qiymətləndirilməsi üzrə işlər aparır.

İnstitut tərəfindən bimetrik identifikasiya sisteminin yaradılması üzrə həm ayrı-ayrı texnologiyalar, həm də kompleks həllər təklif edən şirkətlərlə danışıqlar və fikir mübadiləsi aparılır. Bunlar sərhədyanı nəzarət-buraxılış məntəqələri üçün hazır həllər, qeydiyyat pasport stolları, telekommunikasiya həlləri, pasportların, mikroçiplərin hazırlanması üçün avadanlıq və s.-dir. Şirkətlər təkliflərini gələcəkdə elan ediləcək tenderə uyğun olaraq mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim edirlər.

Hazırda Azərbaycanda tətbiq olunan şəxsiyyət vəsiqələri və pasportlarda kompyuter iki sətri tanıyır ki, bu da beynəlxalq mülki aviasiya təşkilatının tələblərinə cavab verir. Yeni nəsil pasportlar isə sahibi haqqında daha ətraflı məlumat daşıyıcısı olacaq. Azərbaycanın hər bir vətəndaşı şəxsi identifikasiya nömrəsi alacaq və avtomatik olaraq daxili işlər və daxili təhlükəsizlik komitəsinin, miqrasiya xidmətinin, ədliyyə nazirliyi və vergi müfəttişliyinin məlumatlar bazasına düşəcək. Bu, sərhədlərin təhlükəsizliyinə nəzarət etmək, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaq imkanı verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti