...

"Azercell" tərəfindən elan edilmiş borcun məbləği həqiqətəuyğun deyil - "Azerfon" şikətinin direktoru

Telekommunikasiya Materials 23 İyul 2009 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir H.Vəliyev /

Bu gün "Azerfon" MMC-nin əsas binasında bu yaxınlarda "Azercell" və "Azerfon" arasında baş verən mübahisə ilə əlaqədar mətbuat konfransı keçirilib.

"Azerfon" şirkətinin baş direktoru Gido Helbixin qeyd etdiyi kimi, "Azercell" şirkəti tərəfindən bu kimi provakasiya xarekterli addımlar dəfələrlə baş verib. "Bu addımlar mobil rabitə bazarının, ümumiyyətlə informasiya-kommunikasiya bazarının inkişafına təsir göstərməyə yönəlib", - Helbix bildirib.

"Biz hər zaman istehlakçıların maraqlarının pozulmamasına çalışırıq və bununla əlaqədar olaraq məhkəməyə müraciət etdik. Məhkəmə "Azercell"-in əməlllərinin qanunsuz olması barədə qərar çıxarıb", - deyə o bildirib.

"Azercell" tərəfindən əvvəlcədən bildirilmiş borcun məbləği həqiqətəuyğun deyil", - Helbix deyib.

Münaqişə "Azercell"-in "Azerfon"-un mobil rabitə kanallarının azaldılmasını bildirməsindən sonra baş verib. "Azercell" şirkəti bunu "Azerfon"-un bir il ərzində yığılan 11 milyon manat həcmində borcunu ödəməməsi ilə əlaqələndirib.

Dünən 1 saylı İqtisadi məhkəmə sözügedən məsələyə baxılmanın başa çatmasınadək "Azercell" ilə "Azerfon" arasında şəbəkələrarası qoşulmaların məhdudlaşmasına qadağa qoyulmasını nəzərdə tutan qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti