...

Azərbaycanda yaxın zamanlarda İKT-nin 2009-2012-ci illərdə inkişafı üzrə dövlət proqramının qəbul edilməsi gözlənilir

Telekommunikasiya Materials 27 İyul 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir Q.Vəliyev /

Yaxın zamanlarda rabitə və informasiya texnologiyalarının (İKT) 2009-2012-ci illərdə inkişafı üzrə yeni dövlət proqramının qəbul edilməsi gözlənilir, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) məlumat verilib.   

RİTN-nin məlumatına əsasən, hazırda Azərbaycanın Nazirlər Kabinetində proqrama sonuncu dəfə baxılır. 

Yeni dövlət proqramı idarələrarası xarekter daşıyacaq və özündə konkret sahələr üzrə çoxsaylı layihələr birləşdirir.

Bu layihələrdən bəziləri hazırda həyata keçirilənlərin davamıdır, bəziləri isə yeni olacaq. Bütövlükdə layihələr İKT-nin cəmiyyətdə geniş surətdə tətbiqinə, "elektron hökumətin" formalaşdırılmasına və göstərilən elektron xidmətlər spektrinin genişləndirilməsinə yardım edəcək. 

Hazırda dövlət orqanları əhalinin onlarla qarşılıqlı əlaqədə olmasını asanlaşdıran bəzi elektron xidmətlər həyata keçiriblər. Misal üçün biznesmenlər elektron vergi bəyanatları təqdim edə bilər, Vergilər Nazirliyinin informasiya resursları vasitəsilə verilən vergilərə dair suallara cavab ala bilər, dövlət qulluğuna qəbul olmaq istəyən abituriyentlər elektron ərizə fomasını təqdim edə bilər, seçicilər seçici siyahısı barədə informasiyanı dəqiqləşdirə bilər və s. RİTN bildirir ki, bütün bu imkanlar hər il artacaq, əhali isə dövlət orqanları ilə qarşılıqlı əlaqənin daha yeni, münasib formalarından istifadə edəcək.  

2005-2008-ci illər üzrə dövlət proqramının reallaşdırılması nəticəsində bir çox sahələrin normativ-hüquqi bazası genişlənib, ən qabaqcıl texnologiyaların tətbiqi ilə telekommunikasiya strukturları yenidən qurulub, sahələrə cəlb olunan investisiyaların həcmi artıb, yeni iş yerləri açılıb, İKT-nin tətbiqi ilə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsi artıb. Eyni zamanda İKT bazarında sağlam rəqabət mühitinin yaradılması, özəl sektorun inkişafı, ölkədə elektron avadanlıq və proqram təchizatı istehsalının təşkil edilməsi üzrə ciddi addımlar atılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti