...

Azərbaycanın İKT sektorunun ÜDM-də gəlirlərinin həcmi artıb

Telekommunikasiya Materials 28 İyul 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend capital, müxbir Q.Vəliyev /

İKT və poçt rabitəsinin ÜDM-in ümumi  həcmində gəlirləri 2009-cu ilin birinci yarımili ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 1,3 faizdən 2,2 faizə kimi, neft sektorunda isə 4,3 faizdən 4,6 faizə kimi artıb. Bu barədə ölkənin Rabitə Nazirliyindən bildirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, 2009-cu ilin birinci yarımili ərzində ÜDM-in həcmi 14287,6 milyon manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə artımın real tempi 3,6 faiz, qeyri-neft sektorunda isə 4,1 faiz artım surəti ilə 6713,7 milyon manat təşkil edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti