...

Azərbaycanın Rabitə Nazirliyi respublikada mobil rabitə abunəçilərinin sayı haqqında məlumatları elan edib

Telekommunikasiya Materials 28 İyul 2009 16:05 (UTC +04:00)
Azərbaycanda elektron ATS-lər 2009-cu il iyulun 1-də 84 faiz təşkil edib. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, paytaxt üzrə göstərici 85,65 faiz, respublikanın digər regionları üzrə isə 82,4 faiz təşkil edir.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir H.Vəliyev /

Azərbaycanda elektron ATS-lər 2009-cu il iyulun 1-də 84 faiz təşkil edib. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, paytaxt üzrə göstərici 85,65 faiz, respublikanın digər regionları üzrə isə 82,4 faiz təşkil edir.

Kənd elektron ATS-lərinin iyulun əvvəlində səviyyəsi 83 faiz təşkil edib.

İdarənin məlumatlarına əsasən, (2009-cu il iyulun 1-nə) əsas telefon aparatlarının sayı 21993 ədəd (nazirliyə əsasən 17 978 ədəd ) artaraq 1,331 milyon ədəd (nazirliyə əsasən 1,19 milyon ədəd) təşkil edib.

Hazırda hər 100 nəfərə düşən telefonların ümumi sayı 15,6 ədəd təşkil edir. Paytaxt üzrə sözügedən göstərici 34,1 ədəd, respublikanın regionları üzrə isə 10,1 ədəd təşkil edir.

Azərbaycanın mobil rabitə abunəçilərinin sayı ilin birinci yarısında 352 min artaraq 6 milyon 900 min abunəçi təşkil edib, bununla yanaşı, hazırda hər 100 nəfərə 78,8 mobil telefon düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti