Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
2008-ci ildə Gürcüstanda internet istifadəçilərinin sayı 900 min nəfəri keçib, internet-provayderlərin gəliri isə 65 milyon 352 min lariyə (39 milyon dollar) çatıb. Bu, 2007-ci ilə nisbətən 23 min lari çoxdur. Bu barədə Rabitənin Nizamlanması üzrə Milli Komissiyanın hesabatında göstərilib.
ADSL abunəçilərinin statistikasına gəlincə isə, hesabatda deyilir ki, onların sayı 69 min nəfərdən çoxdur. 2007-ci ilin analoji dövrünə olan bu göstərici 41 234 abunəçi təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]