...

Mobil telefonların IMEI kodlarının vahid bazasının yaradılması layihəsi Azərbaycan hökumətinə təqdim ediləcək

Telekommunikasiya Materials 2 Dekabr 2009 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir H.Vəliyev/

Mobil telefonların IMEI kodlarının vahid məlumat bazasının yaradılması layihəsi yaxın zamanlarda Azərbaycan hökumətinə baxılması üçün təqdim ediləcək. Bu barədə "Simbrella" şirkətinin baş direktoru Seymur Məmmədov çərşənbə günü Trend -a bildirib.

Məmmədovun sözlərinə görə, bu gün Azərbaycan Nazirlər Kabinetinin layihənin baxışa hazırlanmasına dair göstərişi alınıb. Bununla paralel olaraq hüquq bazasının yaradılması və IMEI kodların qeydiyyatı prosedurları üzərində işlər aparılır.

Layihənin realizəsi Azərbaycan ərazisinə gətirilən bütün mobil telefonların qeydiyyatını nəzərdə tutur. Hazırda məlumat bazasının yaradılması üzrə işlərin xeyli hissəsi həyata keçirilib. Layihə üzrə texniki işlər "Simbrella" şirkəti tərəfindən həyata keçirilir.

Məlumat bazası Azərbaycana gətirilən mobil telefonların IMEI kodlarının hesabına dolacaq. Qeydiyyat həm gömrük xidmətində, həm də şəbəkəyə qoşulan zaman həyata keçiriləcək.

Layihəyə həm dövlət idarələri, həm də mobil rabitə operatorları cəlb ediliblər. Ölkəyə gətirilən mobil telefonlara nəzarət və onların qeydiyyatı Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Layihənin tənzimləyicisi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Hazırda sistemin analitik proqram hissəsi hazırdır və sınaq rejimindədir. Mobil telefonların IMEI kodlarının hüquqi qeydiyyat bazası qüvvəyə mindikdən sonra aparat-proqram təminatı qoşulacaq ki, bu da ölkəyə qeyri-qanuni yollarla gətirilən telefonları söndürməyə imkan verəcək.

Məlumat bazası formalaşandan sonra mobil telefon bazarı haqqında təsəvvür yaranacaq (bazarın həcmi, qanuni və qeyri-qanuni telefonların sayı və s.).

Hazırda Heydər Əliyev adına Beynəlxalq hava limanında mobil telefonların ölkəyə gətirilməsi zamanı onların IMEI kodlarının könüllü qeydiyyatını aparmaq imkanı yaradılıb.

Yeni sistem oğurluq və mobil telefonların ölkəyə qeyri-qanuni ixracı ilə daha effektli mübarizə aparmağa imkan verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti