Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir H.Vəliyev/
"Bakı Telefon Rabitəsi" İstehsalat birliyi АТS 474/475/476 və АТS 423-ün yenidən qurulması üzrə işləri başa çatdırıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend -a məlumat verilib.
Naziliyin məlumatına əsasən, işlər BTR və telekommunikasiya avadanlığının tədarükçüsü olan ZTE şirkətinin mütəxəssislərinin birgə səyləri ilə aparılıb. Yeni stansiyalar NZN bazasında qurulub.
ATS-in elektronlaşması rabitə xidmətinin keyfiyytənin yaxşılaşması və servis xidmətindən əlavə stasionar rabitə abunəçilərinin sayının 42 min nəfərə, ADSL2+ abunəçilərinin sayını isə 7 min nəfərədək artırmağa imkan verir. Hazırda genişzolaqlı ADSL üzrə BTR-nin montaj tutumu 15 500 pert təşkil edir. İlin sonunadaək bu göstərici 45 minə çatdırılacaq.
RİTN-in məlumatına əsasən, BTR şəbəkəsində ATS-in xüsusi çəkisi 87%-ə çatıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]