...

Azərbaycanın internet provayderləri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdırlar - İnternet cəmiyyətinin rəhbəri

Telekommunikasiya Materials 3 Dekabr 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr Trend , müxbir H.Vəliyev/

Azərbaycanın internet provayderlərinin mövcud infrastukturları monitorinqlər keçirməyə və İnternet istifadəçiləri tərəfindən aparılan əməliyyatlar barədə məlumatları saxlamağa imkan verir, Azərbaycan İnternet cəmiyyətinin rəhbəri Qalib Qurbanov Trend -a deyib.

Qurbanovun sözlərinə görə, İnternet şəbəkəsində istifadəçilər və onların apardıqları əməliyyatlar haqda informasiyalar 6 ay ərzində Azərbaycanın internet provayderlərinin məlumat bazasında saxlanılır.

İnternet provayderləri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdırlar. İnternet provayderlərin məlumat bazası ya Azərbaycanın mövcud qanunvericiliyi əsasında, ya da məhkəmə qərarı üzrə hüquq-mühafizə orqanları vasitəsilə mümkün ola bilər.

Bir müddət əvvəl Azərbaycan kibercinayətkarlıqla mübarizə üzrə konvensiyaya qoşulub.

Xəbər lenti

Xəbər lenti