...

Azərbaycanın Yalli sosial şəbəkəsinin auditoriyası 2 min istifadəçini əhatə edir

Telekommunikasiya Materials 4 Dekabr 2009 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr / Trend , müxbir H. Vəliyev/

Azərbaycanın yalli.az sosial internet şəbəkəsi istifadəçilərinin sayı 2 min nəfərə çatıb, Yumroo şirkətinin baş direktoru Anar Yolçuyev Trend -a deyib.

Yolçuyevin sözlərinə görə, bu göstərici son iki ay müddətində əldə edilib. Yumroo şirkəti Yalli sosial şəbəkəsini Azərbaycan cəmiyyətinin inkişafı və birləşməsi, həmçinin informasiya məkanında yerli biznesin mövqelərinin uğurla irəliləməsi istiqamətində yönəldib.

Azərbaycanın internet məkanında tətbiq olunmağa başlayan bu sosial şəbəkə, Yolçuyevin fikrincə, nisbətən yeni sayıla bilər, baxmayaraq ki, artıq bütün dünyada məşhurdur. Milli sosial şəbəkənin yaradılması müasir informasiya məkanının formalaşması və əhalinin bura cəlb olunmasında addım olmalıdır.

Azərbaycan internet seqmenti istifadəçilərinin sayı daima artır ki, bu da ölkədə informasiya texnologiyasının inkişafına və gündəlik həyatda internet istifadəsinin vacibliyini dərk etməyə imkan yaradır.

Məqalə müəllifi ilıə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti