...

Azərbaycanın rabitə operatoru paytaxtın bir sıra ATS-lərinin elektronlaşdırılması üzrə işləri başa çatdırıb

Telekommunikasiya Materials 4 Dekabr 2009 12:07 (UTC +04:00)
"Bakı Telefon Rabitəsi" İstehsalat birliyi АТS 474/475/476 və АТS 423-ün yenidən qurulması üzrə işləri başa çatdırıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend Capital-a məlumat verilib.
Azərbaycanın rabitə operatoru paytaxtın bir sıra ATS-lərinin elektronlaşdırılması üzrə işləri başa çatdırıb

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir H.Vəliyev/

"Bakı Telefon Rabitəsi" İstehsalat birliyi АТS 474/475/476 və АТS 423-ün yenidən qurulması üzrə işləri başa çatdırıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend -a məlumat verilib.

Naziliyin məlumatına əsasən, işlər BTR və telekommunikasiya avadanlığının tədarükçüsü olan ZTE şirkətinin mütəxəssislərinin birgə səyləri ilə aparılıb. Yeni stansiyalar NZN bazasında qurulub.

ATS-in elektronlaşması rabitə xidmətinin keyfiyytənin yaxşılaşması və servis xidmətindən əlavə stasionar rabitə abunəçilərinin sayının 42 min nəfərə, ADSL2+ abunəçilərinin sayını isə 7 min nəfərədək artırmağa imkan verir. Hazırda genişzolaqlı ADSL üzrə BTR-nin montaj tutumu 15 500 pert təşkil edir. İlin sonunadaək bu göstərici 45 minə çatdırılacaq.

RİTN-in məlumatına əsasən, BTR şəbəkəsində ATS-in xüsusi çəkisi 87%-ə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti