...

Nar Mobile "Xoş bazar günləri" kampaniyasına start verib

Telekommunikasiya Materials 7 Dekabr 2009 15:56 (UTC +04:00)
Nar Mobile abunəçilərinin öz yaxınları ilə ünsiyyətini daha da xoş və rahat etmək üçün unikal təklifləri təqdim etməkdə davam edir.
Nar Mobile "Xoş bazar günləri" kampaniyasına start verib

Azərbaycan, Bakı, 07 dekabr / Trend /

Nar Mobile abunəçilərinin öz yaxınları ilə ünsiyyətini daha da xoş və rahat etmək üçün unikal təklifləri təqdim etməkdə davam edir.

"Xoş bazar günləri" kampaniyasından yararlanaraq Nar Mobile abunəçiləri dekabr ayının danışıqlarına görə yanvar ayının bazar günlələrində pulsuz danışıq dəqiqələri əldə edəcəklər.

Kampaniyaya əsasən, dekabr ayında ölkə daxilində bütün istiqamətlərə edilən zənglərin hər dəqiqəsinin əvəzinə abunəçilər yanvar ayının hər bazar günü səhər saat 08:00-dan gecə saat 23:59-a kimi Nar Mobile şəbəkəsi daxilində istifadə üçün bir dəqiqə alacaqlar.

Kampaniyada öncədən ödəniş tarif planından istifadə edən bütün Nar Mobile abunəçiləri iştirak edə bilər. "Xoş bazar günləri" kampaniyasında iştirak etmək üçün dekabr ayının sonunadək 777 qısa nömrəsinə "Narım" yazaraq SMS göndərmək kifayətdir.

"Xoş bazar günləri" kampaniyası üzrə bonusların miqdarı barədə məlumat almaq üçün *777#20#YES şifrəsini yığmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti