...

Azərbaycanın Rabitə Nazirliyi MDB-nin Humanitar Əməkdaşlıq Fondunun iclasında iştirak edəcək

Telekommunikasiya Materials 7 Dekabr 2009 15:13 (UTC +04:00)
MBD-nin Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondu (DHƏF), 2010-2011-ci illərdə maliyyələşdirmə üçün MDB ölkələrinin təqdim etdiyi layihələri nəzərdən keçirməyə başlayıb. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında deyilir.

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir H.Vəliyev/

MBD-nin Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondu (DHƏF), 2010-2011-ci illərdə maliyyələşdirmə üçün MDB ölkələrinin təqdim etdiyi layihələri nəzərdən keçirməyə başlayıb. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında deyilir.

İdarənin məlumatına əsasən, məsələni DHƏF-in ekspertləri nəzərdən keçirəcək. İclasda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov təmsil edəcək.

Nəzərdən keçirmək üçün DHƏF-ə təqdim olunan layihələr onun məqsəd, vəzifə, strateji prioritetlərinə uyğun olmalı, MDB ölkələrinin mədəniyyət, təhsil, elm, informasiya və kommunikasiya, arxiv işləri, idman, turizm və gənclərlə iş sahəsindəki əməkdaşlıq inkişafının konkter tələblərinə cavab verməlidir.

Bu gün informasiya və kommunikasiya texnologiyaları sahəsində MBD məkanının vahid informasiyasının inkişafı və postsovet məkanına humanitar informasiya axınının gücləndirilməsi istiqamətlərində bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu gün DHƏF-in dəstəyi ilə, hümanitar əməkdaşlıq şöbəsi də daxil olmaqla MDB-nin internet portalının yaradılmasına dair işlər aparılır. "Mir" dövlətlərarası teleradio şirkəti ilə birgə MDB-nin dövlətlərarası telefestivalı, humanitar əməkdaşlığa dair televiziya və radio proqramlar, telemarafon və digər tədbirlər hazırlanır.

DHƏf-in yaradılması barədə müqavilə 2006-cı il mayın 25-də Düşənbədə, MDB dövlət başçıları Şurasının iclasında imzalanıb. Müqaviləni yeddi həmrəy ölkə: Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imzalayıb. Azərbaycan bu müqaviləyə 2008-ci ildə qoşulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti