...

Microsoft Bing Maps və MSN Weather portallarında Azərbaycanın elektron xəritəsində dəyişiklik edib

Telekommunikasiya Materials 7 Dekabr 2009 17:01 (UTC +04:00)
Microsoft şirkəti Bing Maps və MSN Weather portallarında Azərbaycan haqqında kartoqrafik məlumatları yeniləyib. Bu barədə Microsoft Azerbaijan-ın "Təhsildə tərəfdaşlıq" layihəsi üzrə meneceri Emin Axundov Trend Capital-a bildirib.

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir H.Vəliyev/

Microsoft şirkəti Bing Maps və MSN Weather portallarında Azərbaycan haqqında kartoqrafik məlumatları yeniləyib. Bu barədə Microsoft Azerbaijan-ın "Təhsildə tərəfdaşlıq" layihəsi üzrə meneceri Emin Axundov Trend -a bildirib.

Onun sözlərinə görə, dəyişiklik, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olması barədə dünya konsensusunu əks etdirmək üçün edilib.

Əvvəllər Microsoft və Bing Maps layihəsində Dağlıq Qarabağ Azərbaycan xəritəsində mübahisəli ərazi kimi, MSN Weather portalında isə xüsusi dövlət kimi təqdim edilmişdi.

Microsof-un bildirdiyi kimi, korporasiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və nəzərə alır ki, dünyada coğrafiya üzrə müxtəlif və zidd fikirlər mövcud olur. Bununla bərabər, Microsoft coğrafi xarakterli məhsullar təqdim edərkən beynəlxalq cəmiyyətlərin, o cünlədən müstəqil akademik və araşdırmalar mərkəzlərinin təcrübələrini və düşüncələrini nəzərdən keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti