...

Azərbaycanda İnternet mağazalarına lisenziyalar veriləcək

Telekommunikasiya Materials 7 Dekabr 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda İnternetdə monitorinq keçirilməsi üzrə mərkəz yaradılacaq, həmçinin ölkə ərazisində onlayn-mağazalar lisenziyalaşdırılacaq. Bu barədə bazar ertəsi "Müəllif hüquqları və rəqəmsal şəbəkə: piratlığa qarşı mübarizə və bununla əlaqədar problemlər" beynəlxalq seminarı zamanı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

"Bu çox çətin prosesdir və bu sahənin islahatları çərçivəsində həyata keçiriləcək", - İmanov deyib.

Onun sözlərinə görə, hazırda dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da intellektual mülkiyyətin obyektləri İnternet şəbəkəsində çox rahat yayılır və mülkiyyətçi özü də şəbəkənin əlçatan olması səbəbindən işinə görə haqqını ala bilmir.

"Yeni mərkəz həmçinin onlayn-mağazalar üçün lisenziya verəcək", - İmanov deyib.

Agentlik sədri deyib ki, istifadəçilər asanlıqla mülkiyyətçinin hüquqlarını pozurlar və agentlik bununla əlaqədar olaraq bu sahədə keçirilən monitorinqlər və nəzarət vasitəsilə mülkiyyətçilərin hüquqlarını müdafiə edən sistemin yaradılmasını təklif edir.

İmanov həmçinin qeyd edib ki, agentlik intellektual mülkiyyət mərkəzinin yaradılması üzrə işləri davam etdirir.

"Agentlik artıq Avropa İttifaqı ilə birgə mərkəzin layihəsini və biznes modelini işləyib hazırlayıb. Mərkəzin öz işinə gələn ildən başlaması mümkündür", - İmanov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti