...

"Azerfon" şəbəkəsinin əhatə zonası Bakı metropoliteninin bütün stansiyalarında yayılacaq

Telekommunikasiya Materials 9 Dekabr 2009 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend /

2010-cu ildə "Azerfon" şirkətinin şəbəkəsinin əhatə zonası Bakı metropoliteninin bütün stansiyalarında yayılacaq. Bu barədə "Azərfon" şirkətinin 3G layihəsinin rəhbəri Serj Arboqast jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, hazırda "Azerfon" rabitəsi ilə Bakı metropoliteninin bəzi stansiyalarında əlaqə yaratmaq mümkündür. O xarici qurğular vasitəsilə verilir. 2010-cu ildə şirkət keyfiyyətli səviyyədə rabitə xidməti göstərən daxili qurğulardan istifadə etmək niyyətindədir.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. "Azerfon" şəbəkəsi Azərbaycan Respublikasının 80 faizini əhatə edir. 2009-cu ildə "Azerfon" MMC və Vodafone PLC arasında qeyri-səhmdar tərəfdaşlıq haqqında razılaşma imzalanıb. Hazırda "Azerfon" şəbəkəsindən 1,5 milyondan çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti