...

3G texnologiyasının tətbiqi ilə təkcə bir şirkət məşğul olmasa, onun inkişafı daha effektiv olacaq - Azercell-in baş direktoru

Telekommunikasiya Materials 15 Dekabr 2009 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir H.Vəliyev/

Üçüncü nəsil rabitə standartının inkişafı onun tətbiqi ilə bir şirkət məşğul olarsa kifayət qədər effektli olmayacaq. Bu barədə "Azercell Telecom" şirkətinin baş direktoru Əli Ağan jurnalistlərlə söhbətində deyib.

"3G standartının tətbiqi təkcə bir şirkət tərəfindən həyata keçirilməməlidir. Məlumdur ki, Azərbaycanda bu gün 4 mobil rabitə operatoru fəaliyyət göstərir, 3G standartı üçün 3 GSM operatorları - Bakcell, Azercell və Azerfon operatorları var. Güman edirəm ki, bu texnologiyanın inkişafı insanların onun varlığından nə qədər xəbərdar olmasından asılı olacaq. Azercell şirkəti artıq iki ildir ki, 3G standartını nəinki paytaxt ərazisində, həm də regional səviyyədə tətbiq etməyə hazırdır", - Ağan deyib.

Azercell rəhbərinin sözlərinə görə, kommunikasiyanın inkişafının əsasında məhsuldarlıq durur. İnkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda səmərəlilik həyati vacib elementdir.

"Hazırda kommunikasiyanın 10%-lik artımı, eləcə də mobil rabitə sahəsinin inkişafı ÜDM-ə 0,8%-dən 1,2%-dək öz töhfəsini verir. Bu ondan xəbər verir ki, gələcək məhsuldarlıq üçüncü nəsil standartının inkişafından asılı olacaq", - "Azercell Telecom" rəhbəri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti