...

Azərbaycanda rabitə xidmətlərinin həcmi 12,8% artıb

Telekommunikasiya Materials 15 Dekabr 2009 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir H.Vəliyev/

Əhaliyə və təşkilatlara göstərilən telekommunikasiya və poçt rabitəsi xidmətlərinin həcmi yanvar-noyabr ayları ərzində 896,9 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 12,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ümumi həcmdən 78,6%-i əhaliyə göstərilən xidmətlərin payına düşür.

Bununla yanaşı, 71,4% əldə edilən gəlir mobil rabitə xidmətlərinin payına düşüb. Bu sahənin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 7,1% təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti