...

Azərbaycanın mobil rabitə operatoru rouminq şəbəkələrində abunəçi xidmətləri proqramını buraxacaq

Telekommunikasiya Materials 17 Dekabr 2009 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" rouminqdə Azerfon-Vodafone abunəçiləri üçün xidmət proqramı həyata keçirtməyi planlaşdırır. Bunu cümə axşamı "Azerfon" şirkətinin baş direktoru Gido Helbix deyib.

Helbixin sözlərinə görə, Azerfon-Vodafone şəbəkəsi abunəçilərinə ən sərfəli tariflər üzrə rouminq xidmətləri təklif olunacaq. Sərfəli tariflər Vodafone şəbəkəsində rouminqin üstünlükləri hesabına təqdim olunacaq.

Yaxın 2-3 ayda isə Azerfon-Vodafone abunəçiləri həmçinin rouminqin 3G xidmətindən istifadə edə biləcəklər.

"Bu gün Vodafone dünyada ən geniş rouminq tutumuna malikdir və bu üstünlüklərdən ən sərfəli tariflərlə Azerfon-Vodafone abunəçiləri də yararlanacaqlar", - Helbix deyib.

Azerfon şirkətinin Vodafone ilə rouminq xidmətləri sahəsində əməldaşlığı Azerfon-un Vodafone ilə iyul ayında imzalanmış tərəfdaşlıq razılaşması çərçivəsində həyata keçirilir.

Helbixin sözlərinə görə, yeganə rouminq şəbəkəsi artıq Azerfon-Vodafone abunəçilərinə ən sərfəli tarif üzrə rouminq xidmətlərindən istifadə etməyə imkan verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti