...

Azərbaycanın və İranın poçt rabitəsi operatorları ikitərəfli əmkdaşlığa dair məsələləri müzakirə edəcəklər

Telekommunikasiya Materials 18 Dekabr 2009 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir H. Vəliyev/

Azərbaycanın və İranın poçt rabitəsi operatorları gələcək əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

İdarənin məlumatına əsasən, dekabrın 20-22-də Azərbaycana İranın poçt rabitəsi operatorunun nümayəndəsinin səfəri gözlənilir. Tərəflər beynəlxalq poçt göndərişlərinin, pul köçürmələrinin, Naxçıvan Muxtar Respublikasına İran ərazisindən quru poçt göndərişlərinin həyata keçirilməsi imkanları, poçt markalarının nəşri və başqa sahələrdə ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər.

Sadalanan sahələrdə əməkdaşlıq dövlət başçısı İlham Əliyevin Tehrana 10 mart tarixində səfəri çərçivəsində Azərbaycanın Rabitə və Texnologiyalar Nazurliyi və İranın İnformasiya və Rabitə Nazirliyi arasında imzalanmış memorandum çərçivəsində həyata keçiriləcək.

İmzalanmış sənədə və reallaşdırılan tədbirlərə uyğun olaraq, memorandumda nəzərdə tutulduğu kimi müntəzəm olaraq ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti