...

Azərbaycan Nazirlər Kabineti biometrik pasportların tətbiq edilməsi üzrə koordinasiya işləri aparır

Telekommunikasiya Materials 19 Dekabr 2009 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/Trend capital, müxbir H.Vəliyev/

Azərbaycan Nazirlər Kabineti biometrik pasportların tətbiq edilməsi üzrə koordinasiya işləri görür, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Əliquliyevin sözlərinə görə, layihənin həyata keçirilməsində əsas prioritet nəzarət-buraxılış məntəqələrinin texniki təchizatlandırılmasıdır.

"Hazırda Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən bir sıra qanunlayihələri hazırlanıb ki, onlardan bəziləri də bu gün artıq qəbul edilib. Digər qanunlayihələrinin mövcud mühitə inteqrasiyası üçün Xarici İşlər, Ədliyyə nazirlikləri və digər idarələr tərəfindən müvafiq işlər aparılır", institutun direktoru deyib.

Əliquliyev daha əvvəllər deyib ki, Azərbaycan vətəndaşları 2011-ci ildə elektron pasport alacaqlar.

Onun sözlərinə görə, yeni tipli pasportlarda barmaq izlərinin və insanın üz cizgiləri haqqında biomeftik məlumatlar yerləşdiriləcək.

Yeni nəslin özündə mikroçipləri əks etdirən pasportları, sahibi haqqında daha ətraflı informasiyanı əks etdirəcək. Hər bir Azərbaycan vətəndaşı öz yeni identifikasiya nömrəsinin alacaq və avtomatik olaraq daxili işlər, təhlükəsizlik orqanları, miqrasiya xidməti, ədliyyə və vergi orqanlarının məlumat bazasında qeydiyyata düşəcək. Bu, sərhədlərin təhlükəsizliyinə nəzarət etməyə, qeyri-leqal miqrasiya ilə mübarizə aparmağa imkan yaradacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti