...

Azercell mobil rabitə operatoru 3G xidməti üzrə lisenziya alınması üçün sənədlərin yekun hazırlığını aparır - nazir

Telekommunikasiya Materials 21 Dekabr 2009 13:37 (UTC +04:00)
Hazırda Azərbaycanın ən iri mobil rabitə operatoru Azercell Telecom 3G standartında xidmətlərin göstərilməsi üçün lisenziya alınması üzrə yekun sənəd hazırlığını aparır, bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Azercell mobil rabitə operatoru 3G xidməti üzrə lisenziya alınması üçün sənədlərin yekun hazırlığını aparır - nazir

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir E. İsmayılova/

Hazırda Azərbaycanın ən iri mobil rabitə operatoru Azercell Telecom 3G standartında xidmətlərin göstərilməsi üçün lisenziya alınması üzrə yekun sənəd hazırlığını aparır, bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Bu sənəd nazirliyə təqdim olunduqdan sonra qaydalara müvafiq olaraq, 3 gün ərzində onlara cavab veriləcək", - Abbasov deyib.

"Əgər sənədləşmə tələblərə uyğun hazırlanarsa, şirkət 3G standartında xidmətin göstərilməsinə lisenziya alacaq", - nazir deyib.

Hazırda 3G standartında xidmətin göstərilməsinə dair lisenziyanı Azerfon-Vodafon brendi altında bu sistemdəki xidmətlərin kommersiya istismarına başlayan Azerfon şirkəti alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti