...

Rabitə Nazirliyi Azərbaycan ərazisində telekanalların əhatə dairəsini genişləndirir

Telekommunikasiya Materials 22 Dekabr 2009 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir H.Vəliyev/

"Teleradio" İstehsalat Birliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan televiziyasının (AzTV) televiziya verilişlərinin yayımlanmasının keyfiyyətini artırmaq məqsədi ilə Cəlilabad rayonu ərazisində 500 Vt gücündə translyator istismara verib. Bu barədə RİTN-in məlumatında deyilir.

Nazirliyin məlumatına görə, "İdman Azərbaycan" kanalının televiziya verilişlərinin yayımlanması üçün İB tərəfindən Zaqatalada və Abşeron rayonunun Fatmeyi qəsəbəsində ötürücü avadanlıqlar quraşdırılıb.

Özəl kanalların verilişinin əhatəsini genişləndirmək üçün Quba və Şəkinin televiziya və radioyayım stansiyalarında da ötürücü avadanlıqlar quraşdırılıb.

Yayımın əhatə dairəsinin genişləndirilməsi üçün Litvanın "Vigintos Elektronika" şirkətinin ötürücü avadanlıqlarından istifadə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti