...

Azərbaycan Prezidenti Azərfon əməkdaşını "Tərəqqi" medalı ilə təltif edib

Telekommunikasiya Materials 22 Dekabr 2009 18:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir sıra şəxslərin orden və medallarla təltif edilməsinə dair sərəncam imzalayıb. Onların arasında Azərfon MMC-nin əməkdaşı Teymur Hacıyev də var.
Azərbaycan Prezidenti Azərfon əməkdaşını "Tərəqqi" medalı ilə təltif edib

Azərbycan, Bakı, 22 dekabr /Trend capital/

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir sıra şəxslərin orden və medallarla təltif edilməsinə dair sərəncam imzalayıb. Onların arasında Azərfon MMC-nin əməkdaşı Teymur Hacıyev də var.

Hacıyev Azərbaycanda İKT-nin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. O, Oracle korporasiyasının keçirdiyi beynəlxalq imtahanda iştirak edib və Azərbaycanı informasiya texnologiyalarının beynəlxalq arenasında uğurla təmsil edib. "Oracle imtahanında iştirak etmək və bu nüfuzlu beynəlxalq mükafata sahib olan Azərbaycanda birinci, MDB ölkələrində isə dördüncü olmaq mənim üçün şərəfdir", - Hacıyev deyib.

Xəbər lenti

Xəbər lenti