...

Azərbaycanın rabitə operatoru Sumqayıt telekommunikasiya qovşağında NGN texnologiyasının tətbiqi üzrə işləri başa çatdırır

Telekommunikasiya Materials 26 Dekabr 2009 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnilogiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Sumqayıt telekommunikasiya qovşağının (TKQ) yeni nəsil şəbəkəyə (NGN - Next Generation Network) köçürülməsi üzrə işləri başa çatdırır. Bu barədə Aztelekom İB-dən Trend -a deyilib.

Hazırda Aztelekom tərəfindən 646, 647, 645, 649 saylı ATS-lərə yeni avadanlıqların quraşdırılması başa çatdırılır. Yenidənqurma nəticəsində TKQ-nın nömrə tutumu 43 min nömrəyə kimi artacaq.

Əlavə kommutasiya avadanlıqlarının hesabına Aztelekom şəbəkəsinin genişlənməsi rəqəmsal telefon xidmətləri ilə yanaşı, müasir abonent xidmətlərinin sürətli və effektiv tətbiq edilməsinə və əlavə rabitə xidmətlərinin genişləndirilməsinə imkan verəcək.

NGN (Next Generation Network) texnologiyası öş şəbəkəsini kommutasiya paketi ilə təqdim edir ki, bu da mövcud rabitə kanallarından effektiv istifadəyə imkan verir. Çevik kommutasiya sistemi və verilənləri ötürmənin vahid şəklə salınmış texnologiyası avadanlığın geniş siyahı xidmətləri göstərməsinə və yeniləri əlavə etməsinə imkan verir. Bu, əhaliyə ənənəvi xidmət növləri ilə yanaşı, IP telefoniya, genişzolaqlı internet, IP-TV və digər xidmətlərin göstərilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti