...

Azərbaycan internet resurslarının sayı təxminən 2,5% artıb

Telekommunikasiya Materials 28 Dekabr 2009 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir H.Vəliyev/

".az" milli domen zonasında 9173 internet resursu qeydiyyatdan keçib. Bu barədə WHOIS resursu məlumat verir.

Noyabr ayının göstəriciləri ilə müqayisədə ".az" milli domenində qeydiyyatdan keçən internet resurslarının artım həcmi 2,4% təşkil edib. Qeydiyyatdan keçmiş saytların 8217 vahidi 1-ci səviyyəli domendə qeydiyyatdan keçmiş internet resurslarının payına düşür. 2-ci səviyyənin daha məşhur domeni 516 saytın qeydiyyatdan keçdiyi ".com.az"-dır. Dövlət domen zonası ".gov.az"-da 61 internet resursu qeydiyyatdan keçib.

Dünya statistikasına əsasən, dünyada fəal domen adlarının ümumi sayı (dekabrın 27-nə olan vəziyyətə əsasən) 113,738,721 vahiddən çox təşkil edir. İstifadəçisi ən çox olan 83,954,117 domenin qeydiyyatdan keçdiyi ".com" domen zonasıdır. İkinci yerdə artıq 12,631,658 adı olan ".net", üçüncü yerdə 7,932,041 ad qeydiyyatda olan ".org" domenidir.

".az" mili zonası rəsmi olaraq 1993-cü il 25 avqust tarixindən fəaliyyətə başlayıb. Postsovet məkanında olan ölkələr arasında Ukrayna öz ".ua" domeni olan yeganə ölkə idi. ".ru" zonası 1994-cü il 7 aprel tarixində qeydiyyatdan keçib, elə bu ildə də postsovet ölkələrinin əksəriyyətinin zona ünvanları qeydiyyatdan keçib.

".az" domeninin qeydiyyatdan keçmə dəyəri 20 manatdır, həmçinin domenin illik texniki dəstək dəyəri də bu məbləğə başa gəlir.

Xəbər lenti

Xəbər lenti