...

"Xalq kompüteri" layihəsinin növbəti mərhələsi çərçivəsində 300-ə yaxın personal kompüter satılıb

Telekommunikasiya Materials 28 Dekabr 2009 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir H.Vəliyev/

"Xalq kompüteri" layihəsinin növbəti mərhələsi çərçivəsində 300-ə yaxın personal kompüter satılıb. Bu barədə Best Comp Group şirkətinin baş direktoru Rauf Həsənov Trend -a bildirib.

Həsənovun sözlərinə görə, satılan texnikanın 85%-i portativ kompüterlərin payına düşür. Yaxın günlərdə daha 400 ədəd kompüterin tədarükü gözlənilir.

Əvvəllər verilən məlumata görə, layihənin birinci mərhələsi çərçivəsində 3,5 min kompüter satılıb. Pilot layihənin birinci mərhələsi çərçivəsində 1,850 milyon manat investisiya qoyulub.

Antivirus proqram təminatını hazırlayan "Symantec" şirkəti də layihənin növbəti mərhələsində iştirak etmək niyyətindədir. Kompüterlərin satışı zamanı əlavə olaraq şirkətin məhsulları, həmçinin alıcılara ADSL modemləri də təqdim ediləcək.

"Xalq kompüteri" çərçivəsində təklif edilən kompüterlər müəllimlər üçün nəzərdə tutulub, 12 ayadək və faizsiz kredit şərtləri ilə bazar qiymətindən 25-40 faiz aşağı qiymətə satılır.

Layihə HP və Microsoft şirkətlərinin iştirakı ilə reallaşıb. Texnikanın tədarükü HP şirkətinin yerli tərəfdaşı Best Comp Group tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti