...

Azərbaycanın dövlət rabitə operatoru regiondakı ATS-lərin elektronlaşmasını başa çatdırıb

Telekommunikasiya Materials 30 Dekabr 2009 15:21 (UTC +04:00)
Rabitə və İnformasiya texnologiyalar nazirliyinin (RİTN) Aztelekom İstehsalat Birliyi Şəmkir telekommunikasiya qovşağının elektronlaşması üzrə işləri başa çatdırıb, bu barədə İB-nin məlumatında deyilir.
Azərbaycanın dövlət rabitə operatoru regiondakı ATS-lərin elektronlaşmasını başa çatdırıb

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir H. Vəliyev/

Azərbaycanın dövlət rabitə operatoru regiondakı ATS-lərin elektronlaşmasını başa çatdırıb

Rabitə və İnformasiya texnologiyalar nazirliyinin (RİTN) Aztelekom İstehsalat Birliyi Şəmkir telekommunikasiya qovşağının elektronlaşması üzrə işləri başa çatdırıb, bu barədə İB-nin məlumatında deyilir.

Aparılan işlər nəticəsində elekronlaşmış ATS-in nömrə tutumu 7936 telefon nömrəsi təşkil edib.

Aztelekom tərəfindən həmçinin kənd ATS-lərinin və Qusar, Ağdaş, Dəvəçi və İmişli rayonlarının yaşayış məntəqələrinin telefon stansiyalarının bərpası və elektronlaşması üzrə də işlər başa çatdırılıb.

Bu gün elektron ATS 85 % Aztelekom telekommunikasya şəbəkəsi ilə təmin olub.

Nazirliyin statistik məlumatına görə bütün respublika üzrə ATS tutumu 1,5 milyon nömrədən artıqdır. Ümumi saydan nazirliyin payına 1,3 milyondan çox nömrə düşür. Regional telefon şəbəkəsinin müasirləşdirilməsinə idarə tərəfindən təxminən 14 milyon manat investisiya qoyulub. Ümumilikdə 23 min nömrə tutumu olan yeni ATS quraşdırılıb, fiberoptik kabel magistralı və uzunluğu təxminən 187 kilometr olan əlaqələndirici xətlər uzadılıb, təxminən 12 min abunəçi xətti istismara verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti