...

Azərbaycanın prosessinq mərkəzi onlayn-ödəmə xidmətinin növbəti layihəsini təqdim edib

Telekommunikasiya Materials 5 Yanvar 2010 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir H.Vəliyev/

AzəriCard prosessinq mərkəzi Uninet internet servisi provayderinin onlayn-ödəmə xidməti imkanını təqdim edib. Bu barədə mərkəzin məlumatında deyilir.

Onlayn-ödəmə Visa International və Master Card beynəlxalq ödəmə sisiteminin plastik bank kartları ilə aparılır.

Təhlükəsizliyin artırılması üçün 3D Secure internet tranzaksiya protokolu istifadə edilir. 3D Secure təhlükəsizlik standartı Visa və Master Card tərəfindən internet şəbəkəsində kartlar üzrə təhlükəsiz servislərin hazırlanmasında istifadə olunur. Visa-da bu servis "Verified by Visa", Master Card-da isə "MasterCard SecureCode" adlanır. 3D Secure texnologiyası ödəmələrin ən qabaqcıl standartıdır və dələduzluq riskini sıfıra endirir.

3D Secure protokolu internet şəbəkəsində əməliyyatlar edən müştərilərin vəsaitlərinin qorunması, bank və şirkətlərin zərərlərinin azaldılması məqsədi ilə hazırlanıb.

Məqalə müəllifi ilə əlıqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti