...

Azərbaycanda mühasibat uçotu üzrə məsafədən təlim şəbəkəsi fəaliyyət göstərəcək

Telekommunikasiya Materials 5 Yanvar 2010 16:56 (UTC +04:00)
2010-cu ilin ortalarında GRBS təlim mərkəzi mühasibat uçotu üzrə regional səviyyədə məsafədən təlimlərin nümayişinə başlayacaq. Bu barədə çərşənbə günü GRBS-dən deyilib.

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir H.Vəliyev/

2010-cu ilin ortalarında GRBS təlim mərkəzi mühasibat uçotu üzrə regional səviyyədə məsafədən təlimlərin nümayişinə başlayacaq. Bu barədə çərşənbə günü GRBS-dən deyilib.

Gəncə, Lənkəran və Naxçıvanda yerləşən GRBS əməkdaşlıq şəbəkəsi öz aralarında VPN (Virtual Private Network - virtual özəl şəbəkə) şəbəkəsi ilə birləşəcək. Bu gün, mühasibat uçotu üzrə məsafədən təlim xidmətlərinin göstərilməsi üçün İT infrastrukturlarının inşaası üzrə işlər başa çatıb.

Uzaqda olan istifadəçilər üçün korporativ şəbəkənin istifadə imkanları tədris planının öyrənilməsi zamanı lazım olan resurslara girişi məhdudlaşdıracaq.

Maliyyə hesabatı üzrə hazırlıq kursları respublika ərazisində fəaliyyət göstərən şirkətlərin və təşkilatların mühasibat uçotunun milli və beynəlxalq standardlarına keçməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.

GRBS (G&R Biznes Servis, LLC) 16 sentyabr 2004-cü ildə yaradılıb və təlimlər, beynəlxalq imtahanlara və ixtisas artırmalara hazırlıq və.s xidmətlər göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti