...

Azərbaycanın internet provaydarei "Kibercinayətkarlıq haqda" konvensiyanın tələblərinə cavab verən istifadəçilərin məlumat bazasını yaradır

Telekommunikasiya Materials 7 Yanvar 2010 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir H.Vəliyev/

"Smart Systems Technology şirkəti "Kibercinayətkarlıq haqda" konvensiyanın tələblərinə cavab verən istifadəçilərin məlumat bazasının yaradılması üzrə işlər həyata keçirir", - bu barədə şirkətdən Trend -a məlumat verilib.

Məlumat bazasının yaradılması üzrə işləri ilin sonuna başa çatdırmaq planlaşdırırlır. İşlər Azərbaycanda 2008-ci ilin sentyabr ayında rafifikasiya edilən "Kibercinayətkarlıq haqda" konvensiyanın şərtlərinə əsasən aparılır.

Azərbycanın konvensiyaya qoşulması milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılmasında respublika qarşısında öhdəliklər qoyur. Bu gün Azərbaycanın internet provayderlərinin mövcud infrastrukturu monitorinqlər aparmağa və internet istifadəçilər tərəfindən aparılmış əməliyyatlar haqda məlumatı 6 ay müddətində saxlamağa imkan verir. İnternet provayderlərin informasiya bazası hüquq mühafizə orqanlarında ya mövcuq qanunvericilik əsasında, ya da məhkəmə qərarı ilə mümkün ola bilər.

Konvensiyanın şərtlərinə əsasən, hücuma məruz qalan ölkə, hücumun hardan həyata keçirildiyini bilmək üçün dövlətin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirmək hüququna malikdir.

Hazırda Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən dünya təcrübəsi əsasında Azərbaycanda milli informasiya təhlükəsizliyi sisteminin layihəsi hazırlanaraq baxış üçün hökumətə təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti