...

Naxçıvan Muxtar Respublikasında SDMA standartları üzrə rabitə şəbəkəsi abunəçilərinin sayı artıb

Telekommunikasiya Materials 12 Yanvar 2010 18:20 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında (NMR) "Naxtel" SDMA standartları üzrə rabitə şəbəkəsi abunəçilərinin sayı yanvarın birinə görə 5435 nəfər təşkil edib. Bu barədə NMR-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir H.Vəliyev/

"Naxçıvan Muxtar Respublikasında (NMR) "Naxtel" SDMA standartları üzrə rabitə şəbəkəsi abunəçilərinin sayı yanvarın birinə görə 5435 nəfər təşkil edib",  - bu barədə NMR-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İdarənin məlumatına görə, 2009-cu ildə 1212 ədəd telefon nömrəsi istismara verilib.

Bu gün Naxtel simsiz şəbəkəsi Naxçıvan Muxtar Respublikasının 85 faiz ərazisini əhatə edir. Ötən ilin sonunda dörd yeni baza stansiyası quraşdırılıb. Naxçıvan Muxtar Respublikası ərazisindəki Naxtel şəbəkəsi baza stansiyalarının ümumi sayı 20 ədəddir.

CDMA standartı əhalisi az olan və ekstermal ərazidə yerləşən rayonlar üçün iqtisadi cəhətdən sərfəli şəbəkədir. CDMA şəbəkəsi genişzolaqlı ADSL sisteminə alternativdir və kabel çəkilişi daha münasib qiymətə başa gəlməyəcək dərəcədə uzaq rayonlarda məlumatın əldə olunmasına imkan verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti