...

Azərbaycanın rabitə operatoru 471, 472, 473 saylı ATS-lərin elektronlaşdırılmasına başlayacaq

Telekommunikasiya Materials 16 Yanvar 2010 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir H.Vəliyev/

Cari İlin birinci yarısında Bakı Telefon Rabitəsi (BTR) İstehsalat Birliyi 471, 472, 473 saylı ATS-lərin yenidən qurulmasına başlayacaq. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) Trend -a bildirilib.

Yuxarıda göstərilən ATS-lərin yenidən qurulması rabitə və servis xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, stasionar abunəçilərin sayının 40 minə və genişzolaqlı rabitə istifadəçilərinin sayının isə altı minə çatmasına imkan verəcək.

Bu gün genişzolaqlı ADSL şəbəkəsi üzrə BTR-in montaj tutumu 16 minə çatır ki, bunun da təxminən 9 mini fəaliyyət göstərir.

Qurğuların təhcizatçısı ZTE-dir. Yeni stansiyalar NGN bazasında inşa ediləcək. RİTN-in məlumatına görə, BTR şəbəkəsində elektron ATS-lərin ümumi çəkisi 87 faiz təşkil edir.

Bütün bunlarla yanaşı, ilin birinci yarısının sonunadək 477 saylı ATS-in əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti