...

Azərbaycan Elmlər Akademiyası nanotexnologiyaların istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Telekommunikasiya Materials 21 Yanvar 2010 16:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası və Səudiyyə Ərəbistanı Elm və Texnologiya Mərkəzi nanotexnologiyaların istifadəsi sahəsində əməkdaşlığa dair müqavilə bağlayıb.

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyası və Səudiyyə Ərəbistanı Elm və Texnologiya Mərkəzi nanotexnologiyaların istifadəsi sahəsində əməkdaşlığa dair müqavilə bağlayıb. Bu barədə Elmlər Akademiyasının məlumatında deyilir.

Müqavilə Elmlər Akademiyası və Bakı Dövlət Universiteti ilə əməkdaşlığı və layihələr həyata keçirməyi nəzərdə tutur.

Nanotexnologiyalar neft sahəsində geniş tətbiq olunur. Azərbaycanın neft yataqlarında neft hasilatının artırılmasına dair statistik əhəmiyyətli nəticələr nanotexnologiyaların tətbiqi ilə əldə olunur. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən nanotexnologiyaların neft hasilatında nə dərəcədə səmərəliliyinin müəyyən edilməsi məqsədi ilə işlər həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti