...

Azərbaycan MBD ölkələri arasında ilk dəfə olaraq kosmik cisimlərin spektral analizi üçün cihazdan istifadə edib

Telekommunikasiya Materials 21 Yanvar 2010 16:25 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası naməlum planetlərin axtarışı və müşahidəsi üçün Şamaxı Astrofizika Rəsədxanasında yüksək ayırdetmə qüvvəsi olan cihaz quraşdırıb.

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyası naməlum planetlərin axtarışı və müşahidəsi üçün Şamaxı Astrofizika Rəsədxanasında yüksək ayırdetmə qüvvəsi olan cihaz quraşdırıb. Bu barədə Elmlər Akademiyasının məlumatında deyilir.

Bu gün Azərbaycan postsovet məkanında naməlum planetlərin axtarışı və müşahidəsi üçün yüksək ayırdetmə qüvvəsi olan spektroqrafdan istifadə edən yeganə ölkədir.

Spektral cihaz yüksəklikdə olan planetlərin atmosferinin kimyəvi tərkibini və səthinin sərtliyini müəyyən edərək öyrənilməsinə imkan verir. Teleskopun fokusuna yerləşdirilmiş spektroqrafın köməyi ilə ekspozisiyanın qısa müddət ərzində təfərrüatlı analizini almaq mümkündür. Fotoplastinkaya alınmış rəsmin keyfiyyəti kosmik cismin öyrənilməsinə kifayət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti