...

Bakıda İT texnologiyaları üzrə Azərbaycan-Belarus biznes forumu keçiriləcək

Telekommunikasiya Materials 22 Yanvar 2010 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir N.İsmayılova/

Fevralın 9-da Bakıda İT texnologiyaları üzrə Azərbaycan-Belarus biznes forumu keçiriləcək. Bu barədə Belarusun Azərbaycandakı səfirliyindən bildirilib.

"Belarusun yüksək texnologiyalar üzrə şirkətlərinin, Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin və iri İT şirkətlərinin nümayəndələri ölkəyə səfər edəcək", - səfirlikdən deyilib.

Forumun Azərbaycan tərəfdən əsas təşkilatçısı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Azərbaycan daha əvvəllər Belarusa "Şərq-Qərb" supermagistralının yaradılmasında iştirak etməyi təklif etmişdi. Bunun üçün Belarusdan öz optik şəbəkəsini təqdim etmək, güzəştli tariflər təmin etmək, kontent və informasiya mübadiləsinin yarardılmasında vahid siyasətin hazırlanmasına qoşulmaq tələb edilirdi.

Rəqəmsal televiziya da iki ölkənin perspektivli əməkdaşlıq sahəsidir.

2009-cu ilin yanvar-noyabr aylarında iki ölkə arasındakı mal dövriyyəsi 120,4 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti