...

3G şəbəkəsindən istifadə Azərbaycanın yeddi rayonunda mümkün olacaq

Telekommunikasiya Materials 23 Yanvar 2010 11:23 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC-nin 3G şəbəkəsi Bakı, Abşeron yarımadası və Sumqayıtdan əlavə, Azərbaycanın yeddi rayonunda istifadə olunacaq, Azərfon şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev Trend Capital-a deyib.
3G şəbəkəsindən istifadə Azərbaycanın yeddi rayonunda mümkün olacaq

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC-nin 3G şəbəkəsi Bakı, Abşeron yarımadası və Sumqayıtdan əlavə, Azərbaycanın yeddi rayonunda istifadə olunacaq, Azərfon şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev Trend -a deyib.

Fərzəliyevin sözlərinə görə, bu gün 3G şəbəkəsi Gəncə, Şirvan, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkir rayonlarında işə salınıb. Şəbəkənin respublikanın bütün regionları üzrə genişləndirilməsi şirkətin gələcək planlarına daxildir. Dekabrın sonuna olan vəziyyətə görə, Azerfon-Vodafone şəbəkəsi abunəçilərinin sayı 5 min nəfərdən artıqdır.

Azərfon şirkətinin 3G şəbəkəsində məlumatları ötürmə sürəti 3,5 Mbit/s-ə çatıb ki, bu da multimedianın operativ yüklənməsini, İnternetə yüksəksürətli girişi təmin edir. 3G şəbəkəsinin istifadəçiləri bu standartı dəstəkləyən mobil telefonların köməyi ilə böyük həcmdə videogörüntü və məlumatları ötürə və qəbul edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti