...

Azərbaycan ITU-nun təşkilat şurasına keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb

Telekommunikasiya Materials 27 Yanvar 2010 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycan ITU-da (International Telecommunication Union) keçiriləcək seçkilərdə "C" regionu ölkələri qrupu üzrə öz namizədliyini irəli sürüb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyilib.

Seçkilər 4-22 oktyabr tarixlərində Meksikanın Verakruz şəhərində keçiriləcək ITU-nun tamsəlayiyyətli konfransı çərçivəsində baş tutacaq.

Hazırda Azərbaycanın namizədliyi ITU-nun baxışına qəbul edilib. Respublikanın Xarici İşlər Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür.

Tamsəlahiyyətli konfrans təşkilatın gələcək siyasətinin hazırlanmasına cavab verən ITU-nun ali orqanıdır. Dörd ildə bir dəfə çağırılan konfransda ümimi siyasət müəyyən edilir, 4 illik strateji və maliyyə planları qəbul edilir, təşkilatın ali rəhbəri, şura və radioreqlament komitəsinin üzvləri seçilir.

Azərbaycan daha əvvəlki seçkilərdə 57 səs toplayaraq "C" regionu ölkələri qrupu üzrə təşkilat şurasına daxil ola bilməmişdi. Seçkilər 5 region - "A", "B", "C", "D" və "E" regionları üzrə aparılır.

"A" regionu üzrə Braziliya, Meksika, Argentina, ABŞ, Kanada, Kuba, Trinidad və Tobaqo, Venesuela, "B" regionu üzrə Fransa, İspaniya, İsveçrə, Almaniya, İsveç, Portuqaliya və Türkiyə, "C" regionu üzrə Ruisya, Rumıniya, Bolqarıstan, Çexiya və Ukrayna, "D" regionu üzrə Mərakeş, Seneqal, Əlcəzair, Nigeriya, Mali, Tunis, CAR, Misir, Qana, Burkina-Faso, Keniya, Tanzaniya, Kamerun, "E" regionu üzrə, Yaponiya, Koreya, Çin, Tayland, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Hindistan, Filippin, Səudiyyə Ərəbistanı və Avstraliya seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti