...

İKT üzrə ABŞ-Azərbaycan biznes forumu təşkil ediləcək

Telekommunikasiya Materials 28 Yanvar 2010 14:44 (UTC +04:00)
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ABŞ-a qarşıdakı işgüzar səfəri çərçivəsində İKT üzrə Amerika-Azərbaycan biznes forumunda iştirak edəcək.

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ABŞ-a qarşıdakı işgüzar səfəri çərçivəsində İKT üzrə Amerika-Azərbaycan biznes forumunda iştirak edəcək. Nazirliyin beynəlxalq əlaqələr və qeyri hökumət müəssisələri ilə iş şöbəsinin müdiri Ayaz Bayramov deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinə Azərbaycanın İT rəhbərləri daxil olacaq. Forumun işində Amerikanın aparıcı İT şirkətlərinin rəhbərləri iştirak edəcək. Forum Azərbaycanın Los Ancelsdəki Baş Konsulluğunun təşkilati dəstəyi ilə keçiriləcək.

Görüş çərçivəsində elm və təhsil sahəsində İT tətbiqi üzrə dünya təcrübsi müzakirə olunacaq, dünyanın aparıcı şırkətləri Microsoft, Cisco Systems və.s-nin rəhbər şəxsləri ilə görüş keçiriləcək. Biznes forumun keçirilməsi Azərbaycan iqtisadiyyatında və cəmiyyətində informasiya texnologiyalarının irəliləməsinə yardım edir.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti ABŞ-da biznes forum ilə yanaşı Kaliforniyanın Berkli Universitetində riyaziyyata, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Berkli Universitetinin profesoru Lütfi Zadəyə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti