Azərbaycan, Bakı, 06 fevarl / Trend , müxbir H.Əliyev/
Güclü küləklə müşahidə olunan qar ilkin provayder Delta Telekom şirkətinin telekommunikasiya qovşaqlarını təmin edən elektrik ötürücü xətlərini sıradan çıxarıb. Bu barədə şirkətin texniki direktoru Rahid Ələkbərli Trend -a deyib.
Onun sözlərinə görə, hazırda şimal istiqamətində magistral xətlərdə yerləşən telekommunikasiya qovşaqları şirkətin daxili enerji sistemlərinin vasitəsilə avtonom rejimdə işləyir.
"Bu gün şəbəkələrin və regional qovşaqların bütün əsas magistral hissələri generator və akkumulyator ilə təhciz edilib. Bu həm Respublika daxili həm regionlara məlumat ötürülüşü xidmətlərinin fasiləsiz göstərilməsinə imkan verir", - Ələkbərli deyib.