...

Nar Mobile-dən möhtəşəm "Hər Tərəfə 5 Qəpik" təklifi!

Telekommunikasiya Materials 1 Mart 2010 15:21 (UTC +04:00)
Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq ölkədaxili bütün istiqamətlərdə danışıqların bir dəqiqəsi üçün cəmi 5 qəpik ödəmə imkanı məhz Nar Mobile abunəçilərinə təqdim olunur. Bu barədə şirkətin məlumatında deyilir.
Nar Mobile-dən möhtəşəm "Hər Tərəfə 5 Qəpik" təklifi!

Azərbaycan, Bakı, 01 mart / Trend /

Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq ölkədaxili bütün istiqamətlərdə danışıqların bir dəqiqəsi üçün cəmi 5 qəpik ödəmə imkanı məhz Nar Mobile abunəçilərinə təqdim olunur. Bu barədə şirkətin məlumatında deyilir.

"Hər Tərəfə 5 Qəpik" xidmətinin prinsipial fərqi bir zəngin çərçivəsində ölkədaxili bütün istiqamətlərdə danışıqların unikal qiymətindədir. Xidmətin şərtlərinə əsasən, danışıqların bir dəqiqəsinin qiyməti cəmi 5 qəpik təşkil edir. Xidmət qoşulma məqamından etibarən adi və video zənglər üçün istifadə oluna bilər.

"Hər Tərəfə 5 Qəpik" xidmətinə qoşulmaq üçün aşağıda göstərilən üsullardan birindən istifadə etmək kifayətdir: *777#5#YES şifrəsini yığmaqla "5 qəpik" mətni yazaraq 777 nömrəsinə SMS göndərməklə.

"Hər Tərəfə 5 Qəpik" xidmətindən aşağıdakı qabaqcadan ödənişli Tarif Planlarının abunəçiləri yararlana bilərlər: Rəngarəng Zövqlər (Rejim1, Rejim2), Məqsədə Doğru, Xoş Xəbər, Danışmaq Həvəskarı, Söhbətcil, CavanNar, Nar Mobile Məkanı.

Xidmətdən 30 gün ərzində istifadə haqqı bir AZN təşkil edir. "Hər Tərəfə 5 Qəpik" xidməti 31.03.2010-ci il tarixinədək etibarlıdır. Bu unikal xidmət istənilən statuslu abunəçilər tərəfindən aktivləşdirilə bilər.

Xəbər lenti

Xəbər lenti