...

Sənəd mübadiləsinin avtomatlaşdırma sisteminin yaradılması üzrə təkliflərin qəbulu elan edilib

Telekommunikasiya Materials 2 Mart 2010 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir H.Vəliyev/

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sənəd mübadiləsində avtomatlaşdırma sisteminin yaradılması üzrə təkliflərin qəbulunu elan edib. Bu barədə tender komissiyasının məlumatında deyilir.

Sistemin yaradılması Dünya Bankının "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində ayırdığı kreditin bir hissəsinin hesabına həyata keçirilir.

Təkliflərin qəbulunda iştirakın dəyəri 200 manat təşkil edir.

İştirakçıların təkilfləri aprelin 5-i saat 11.00-a kimi qəbul olunur. Tender proseduru həmin gün saat 11.15-də təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti