...

Azərbaycanın "Şərq-Qərb" layihəsi üzrə təşəbbüsü COMSTECH İcraiyyə Komitəsinin iş planına daxil edilib

Telekommunikasiya Materials 2 Mart 2010 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın "Şərq-Qərb" superinformasiya magistralının yaradılması üzrə təşəbbüsü İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin iş planına daxil edilib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, məsələ COMSTECH İcraiyyə Komitəsinin fevralın sonlarında ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı) keçiriləcək 27-ci iclasında müzakirə edilib.

"Şərq-Qərb" superinformasiya magistralının yaradılması ilə bağlı Azərbaycanın irəli sürdüyü qətnamə 66-cı plenar iclas çərçivəsində Birləşmiş Millətlər Təşkilatları tərəfindən qəbul edilib. BMT "informasiya uçurumu"nun aradan qaldırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına, iqtisadiyyatın artırılmasına və regionun inkişafında lokomotiv rolunun oynanılmasına yönələn layihəni dəstəklədiyini bildirib.

Qurumun rəhbəri öz məruzəsində informasiya-kommunikasiya texnologiyaları sektorunun vəziyyətindən, son illər bu sektorda aparılan islahatlardan, Azerspace milli telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı Azərbaycanın planlarından danışıb.

Xəbər lenti

Xəbər lenti