...

Nar Mobile rouminq zonasını genişləndirir

Telekommunikasiya Materials 3 Mart 2010 12:32 (UTC +04:00)
Tərəfdaşlarının sayı gündən-günə artan Nar Mobile yeni rouminq sazişləri imzalayıb. Bu barədə şirkətin məlumatında bildirilir.
Nar Mobile rouminq zonasını genişləndirir

Azərbaycan, Bakı, 3 mart / Trend /

Tərəfdaşlarının sayı gündən-günə artan Nar Mobile yeni rouminq sazişləri imzalayıb. Bu barədə şirkətin məlumatında bildirilir.

Son iki ayda şirkət 19 yeni rouminq sazişi imzalayıb. Onlardan doqquzu beynəlxalq rouminq, onu GPRS rouminq üzrə sazişlərdir.

2010-cu ilin yanvarından Nar Mobile abonentləri Albaniya (AMC), Kipr (Areeba LTD), Lüksemburq (Orange), Qətər (Qtel), İsveç (Tele2 d.o.o), Avstriya (Mobikom Austria), Norveç (Mobile Norway), Rusiya (Tele2 d.o.o) və Toqoda (Togo Telecom) beynəlxalq rouminqdən istifadə edəcəklər.

Şəbəkə istifadəçiləri həmçinin Xorvatiya (Tele2 d.o.o), Mavriki (Cellplus), Moldova (Orange), Nigeriya (Etisalat), Macarıstan (Vodafone), Çin (China Mobile), İtaliya (Telecom Italia), Puetro Riko (Claro), Rusiya (Tele2 d.o.o) və Türkmənistanda (MTS) GPRS rouminqdən istifadə edəcəklər.

Hazırda Nar Mobile-in rouminq fəaliyyəti zonasına 101 ölkədə 185 mobil operator daxildir və 68 ölkədə 120 GPRS rouminq sazişi bağlanıb.

Xəbər lenti

Xəbər lenti